Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“WhatsApp”ın proqramçıları messencerdə vacib problemi həll edəcəklər


Populyar “WhatsApp” messencerində narahatlıqlardan biri fayl paylaşımı vaxtı smartfonun yaddaşının müntəzəm olaraq dolmasıdır. Qurğunun yaddaşını təmizləmək üçün istifadəçilər böyük tutumlu  məzmunu özləri silməli və ya bütün keşi tamamilə təmizləməli olurlar. Amma tezliklə bu vəziyyət dəyişməlidir. İnsayderlərin məlumatına görə, messencerin proqramçıları artıq genişləndirilmiş "multimedia" funksionallığına malik yeniləməni sınaqdan keçirirlər.
 
“ICTnews” Elektron Xəbər Xidməti “4pda.ru” saytına istinadən yazır ki, “WABetaInfo” internet resursu “WhatsApp” messencerinin sınaq mərhələsində olan beta versiyasının interfeysindən ekran görüntüsü dərc edib. Ekran görüntüsünə əsasən demək olar ki messencer tezliklə daxili fayl menecerinə malik olacaq ki, nəticədə istifadəçilər yazışmaların tarixçəsində multimedia məzmunu tərəfindən tutulan yaddaşın həcminə nəzarət edə biləcəklər. Bundan başqa, mənbənin məlumatına görə, messencerə “ağıllı” yaddaş təmizləmə alqoritmi inteqrasiya ediləcək.
 
Emil Hüseynov





25/08/20    Çap et