Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Sony” şirkəti üç il əvvəlin prosessoru ilə təchiz edilmiş smartfonunu təqdim edib


“Sony” şirkəti ötənilki “Xperia 10” qurğusunun korpusunda, amma təkmilləşdirilmiş kameralardan ibarət yeni “Xperia 8 Lite” smartfonunu təqdim edib.
 
“ICTnews” Elektron Xəbər Xidməti “digger.ru” saytına istinadən yazır ki, “Xperia 8 Lite” smartfonu üç il əvvəlin prosessoru, 14 nm-lik “Qualcomm Snapdragon 630” prosessoru, 4 QB əməli yaddaş və 64 QB daxili yaddaşla təchiz edilib.
 
Smartfon FHD+ təsvir ölçülü 6 düymlük maye kristal ekrana malikdir.
 
Arxa paneldə iki kamera yerləşdirilib: 12 mp-lik (f/1.8) əsas və 8 mp-lik (f/2.4) telefoto. Selfi kameranın təsvir ölçüsü 8 mp-dir (f/2.0).
 
Bundan başqa, aparat 2870 milliamper/saat tutumlu akkumulyator,  USB-C portu və 3,5 mm-lik audio konnektora malikdir.
 
Emil Hüseynov





27/08/20    Çap et