“Xiaomi Mijia LCD Blackboard” lövhəsi iki batareya ilə bir il işləyir
“Xiaomi” şirkəti rəsm və yazı üçün üç ölçüdə (10, 13,5 və 20 düym) təklif edilən “Xiaomi Mijia LCD Blackboard” adlı yeni maye-kristal (LCD) lövhə təqdim edib.
“ICTnews” Elektron Xəbər Xidməti “IXBT
www.ixbt.com” resursuna istinadən yazır ki, qurğunun kiçik versiyasının qiyməti 7 dollar, orta variantının 11 dollar, 20 düymlük ən böyük versiyasının isə 19 dollar təşkil edir. Buraxılışdan sonra qiymətin 22 dollaradək bahalaşacağı gözlənilir.
İstehsalçı nümayəndələrinin sözlərinə görə, lövhədən istifadə adi kağız üzərində yazı yazmaq təəssüratı yaradır. Bundan başqa, lövhə basılma gücünü müəyyənləşdirərək onu xətlərin qalınlığında əks etdirir. Bu halda təkcə stilus (elektron qələm) deyil, eyni zamanda barmaq və digər rahat əşyalardan istifadə mümkündür.
Qurğunun maye-kristal ekranı enerjiyə qənaətcildir. O, gündə 100 dəfə təmizlənsə, iki quraşdırılmış batareyadan 1 il ərzində istifadə etmək olar. Həmçinin lövhənin divara quraşdırılması imkanı mövcuddur.
Bundan əlavə, korpusda stilus üçün tutqac nəzərdə tutulub.
Nizam Nuriyev