Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“Motorola” şirkəti Almaniya məhkəməsində “Apple” üzərində qələbə qazanıb
Dünən Manqeymdə (Almaniya) Torpaq məhkəməsi “Apple” korporasiyasının “Motorola” şirkətinə məxsus patentin pozulmasında günahkar olduğu barədə qərar qəbul edib. Söhbət məlumatların ötürülməsinə aid olan texnologiyadan gedir,- “Foss Patents” dəqiqləşdirib.
Məhkəmənin hökmü bütün “iPhone” və “iPad” modellərinə aiddir. Əgər “Apple” mövcud vəziyyəti aradan qaldırmasa, o zaman məhkəmə Almaniya ərazisində şirkətin planşet və smartfonlarının satışını qadağan edə bilər.
10/12/11 Çap et