“Samsung” uzun müddət avtonom işləyən “Galaxy M51” smartfonunu elan edib
“Samsung” şirkəti yeni “Galaxy M51” smartfonunu elan edib.
“ICTnews” Elektron Xəbər Xidməti “
4pda.ru” saytına istinadən yazır ki, smartfon 32 meqapiksellik ön kamera üçün yerə malik 6,7 düymlük “Super AMOLED” displeyi ilə təchiz edilib. İstehsalçı yeni qurğudakı 8 nüvəli prosessorun modelini açıqlamayıb. Aparat 6 QB əməli yaddaş və 128 QB-lıq daxili yaddaşla (artırıla bilər) təchiz edilib.
“Galaxy M51” smartfonunda düzbucaqlı arxa kamera blokuna 81 dərəcə baxış bucağı və f/1.8 diafraqmasına malik 64 mp-lik sensor, 12 mp-lik təsvir ölçüsünə və f/2.2 (123°) aperturasına malik genişbucaqlı modul, həmçinin təsvir ölçüləri 5 mp olan makroçəkiliş üçün modul və dərinlik sensoru daxildir.
Qurğu 25 vatlıq sürətli enerjidoldurma texnologiyasını dəstəkləyən 7000 milliamper/saat tutumlu akkumulyatorla təchiz edilib.
“Samsung Galaxy M51” artıq Almaniyada ilkin sifariş üçün əlçatandır və qiyməti 360 avro təşkil edir.
Emil Hüseynov