Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Bir çox ucuz “Android” smartfonlarında pulu oğurlamaq üçün öncədən quraşdırılmış proqramlar aşkar edilib


Bəzi regionlarda ucuz “Android” smartfonlarına böyük tələbat var. Çox vaxt belə aparatların istehsalçıları qiymətə görə güzəştə gedir və nəticədə qurğular o qədər də keyfiyyətli materiallarla təchiz edilmir. Bu yaxınlarda baş vermiş hadisə isə istehsalçıların təhlükəsizlik məsələsinə yetəri qədər diqqət ayırmadığını göstərib.
 
“ICTnews” Elektron Xəbər Xidməti “ferra.ru” saytına istinadən yazır ki, Afrikada Çinin ucuz “Android” smartfonlarında pul oğurlamaq üçün öncədən quraşdırılmış proqramlar aşkar edilib. Alıcılardan biri onun smartfonuna çoxlu reklam bildirişlərinin gəldiyini deyib, günlərin birində isə heç vaxt abunə olmadığı çoxlu sayda pullu abunə aşkar edib.
 
Mütəxəssislər problemi araşdırıblar və məlum olub ki, qurğulara öncədən zərərverici proqram quraşdırılıb.
 
Emil Hüseynov




31/08/20    Çap et