Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Çinin “Huawei” şirkəti İrana avadanlıq tədarükündən imtina edib
Çinin telekommunikasiya avadanlığı istehsalçısı “Huawei Technologies” şirkəti dünən, dekabr ayının 9-da İran dövlətində öz biznesinin miqyasını məhdudlaşdırıb.
Çin şirkətinin bəyanatında qeyd edilib ki, “Huawei” şirkəti İranda biznes inkişafını könüllü olaraq məhdudlaşdırır və daha yeni müştərilərə avadanlıq satmayacaq.
Lakin “Huawei” şirkəti İrandakı mövcud müştərilərini tam həcmdə dəstəkləməyə davam edəcək. “Huawei” şirkəti biznes miqyasını məhdudlaşdırmaq səbəbləri haqqında heç nə bildirmir, lakin şirkətin mətbuat xidməti bildirib ki, müvafiq qərar İran dövlətinin çətin vəziyyəti ilə bağlı qəbul edilib.
10/12/11 Çap et