Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Bakıda bir sıra ATS-lər yenidən qurulacaq
Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi yanında "Bakı Telefon Rabitəsi" İstehsalat Birliyi (İB) Yasamal telekommunikasiya qovşağının 432/433/434 saylı ATS-lərini yenidən qurmağı planlaşdırır.
Bu gün DMS texnologiyasından istifadə edən telefon stansiyaları yenidənqurmadan sonra tamamilə yeni nəsil şəbəkəsinə (NGN- Next Generation Network) keçiriləcək.
Hazırda qeyd edilən ATS-lərin nömrə tutumu 30 min ədədə çatır.Operatorun qarşıdakı planlarına, həmçinin NGN bazası əsasında 421/422 saylı ATS-lərin yenidən qurulması daxildir.
NGN-in tətbiqi İB-nin prioritet vəzifələrindən biridir. Operator onun köməyi ilə uzunmüddətli perspektivdə yeni xidmətlər seqmentinin artımının saxlanmasına nail olmağa çalışır.
Yeni sistem operatora Bakı əhalisinə ənənəvi rabitə xidmətləri ilə yanaşı, IP-telefoniya, genişzolaqlı internet və IP-TV xidmətləri də göstərməyə imkan verir.
Hazırda "Bakı Telefon Rabitəsi"nin mövcud 700 min nömrəsindən 400 mindən artığı NGN şəbəkəsinə keçirilib. Operator tərəfindən IP-TV xidmətlərinin inkişafı üzrə Çinin telekommunikasiya avadanlıqları istehsalçısı ZTE ilə yeni layihə hazırlanır.
Layihə internet televiziyanın genişləndirilməsi üçün telekommunikasiya qovşaqlarında əlavə avadanlıqların quraşdırılmasını nəzərdə tutur. Hazırda İB şəbəkəsində bu xidmətin istifadəçilərinin sayı cəmi 200 ədəd təşkil edir.
12/12/11 Çap et