Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“LG” meneceri “Chrome” brauzerindən istifadədən imtinanın səbəbini açıqlayıb


“LG” şirkətinin qlobal korporativ kommunikasiyalar üzrə direktoru Ken Honq “Chrome” brauzerindən istifadə etmir və o bunun səbəbini izah edib.
 
“ICTnews” Elektron Xəbər Xidməti “ferra.ru” saytına istinadən yazır ki, əvvəlcə cihazlar üzrə təhlilçi Ben Sin “Twitter” mikrobloqunda hədəflənmiş reklamların onu qıcıqlandırdığını yazmışdı. O yazmışdı ki, bir neçə həftə “Google” axtarış sistemində açılıb bağlanan velosipedlər üzrə axtarış edib, bundan sonra “Facebook” və “Instagram”da elanlar tərəfindən təqib edildiyini yazmışdı. Bu nəhəng şirkətlərin birgə işləməsi və istifadəçilər haqqında hər şeyi bilməsi Ben Sini narahat edib.
 
Bu tvitə cavab olaraq Honq 2 il bundan əvvəl eyni hadisənin onun da başına gəldiyini yazıb. Buna görə “LG” şirkətinin meneceri “Facebook”dakı hesabını silib və təhlükəsiz “Brave” brauzerini quraşdırıb.
 
Emil Hüseynov





04/09/20    Çap et