Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Kağızdan ibarət “Bluetooth” klaviaturası icad edilib


“ICTnews” Elektron Xəbər Xidməti “NEWSru www.newsru.com” resursuna istinadən yazır ki, ABŞ-ın Perdyu Universitetinin mühəndisləri tərəfindən icad olunan yeni çap prinsipi “Bluetooth” klaviaturasını birbaşa kağız üzərində hazırlamağa imkan verir. Bunun üçün kağız yüksək ftor tərkibli hissəciklər təbəqəsi ilə örtülüb.
 
Qeyd olunur ki, kağızın emalı nəticəsində əhatəsi ilə avtonom “Bluetooth” rabitəsini dəstəkləyən zonalar yaranacaq. Onların enerjini istifadəçinin barmağı ilə kontaktdan alması sayəsində kənar enerji mənbələrinə ehtiyac qalmayacaq.
 
Mütəxəssislər qeyd edir ki, kağızın müxtəlif sahələrdə tətbiq olunması mümkündür. O, qurğularla yanaşı, “ağıllı” qablaşdırma rolunda çıxış edə bilər. Bununla yanaşı, texnologiya nisbətən ucuz və əlçatandır. Bir müddət sonra hamının belə klaviaturanı müstəqil şəkildə çap edəcəyi gözlənilir.
 
Nizam Nuriyev





04/09/20    Çap et