Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Firefox” brauzerində zərərverici faylların avtomatik yüklənməsinə qarşı təhlükəsizlik funksiyası tətbiq ediləcək


Bu ilin oktyabrında “Mozilla” tərtibatçıları “Firefox” brauzerinə veb-saytlardan zərərli proqramların avtomatik yüklənməsi və quraşdırılmasının qarşısını alan yeni təhlükəsizlik funksiyası əlavə edəcəklər. “Firefox 82” versiyasından etibarən təcrid edilmiş iframe-dən yerinə yetirilən bütün fayl yükləmələrini bloklayacaq.
 
“ICTnews” Elektron Xəbər Xidməti “3dnews.ru” saytına istinadən yazır ki, belə tip hücumlar "eyni istiqamətdə olan yükləmə" adlanır və uzun illər cinayətkarlar tərəfindən istifadə olunur. İstifadəçi səhifələrində xüsusi kod yerləşdirilmiş sayta daxil olanda zərərli proqram təminatının yüklənməsi həyata keçirilir. Belə saytlarda yerləşdirilmiş zərərverici kod avtomatik yüklənməni işə salır və ya icazə istəyir, təsdiq halında qurbanın kompüterinə zərərverici proqram təminatı quraşdırılır.
 
Emil Hüseynov





05/09/20    Çap et