Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Windows” sistemində zərərli proqramların quraşdırılması üçün boşluq aşkarlanıb


"Microsoft" korporasiyasının "Windows" əməliyyat sistemində zərərli proqramların quraşdırılması üçün boşluq aşkarlanıb. Bu barədə "BleepinComputer" nəşrinin kibertəhlükəsizlik üzrə ekspert Məhəmməd Əskərə istinadən məlumatında deyilir.
 
"ICTnews" Elektron Xəbər Xidməti "Lenta www.lenta.ru" resursuna istinadən yazır ki, mütəxəssis tərəfindən sonuncu "Windows" yeniləmələrinin birində quraşdırılmış "Windows Defender" antivirus proqramı vasitəsilə əlavələrin məsafədən quraşdırılması imkanı müəyyən edilib. Yenilik "MpCmdRun.exe" komanda sətrindən proqramların quraşdırılması üçün istifadəyə imkan verir. M.Əskər qeyd edib ki, əməliyyat sisteminə faktiki olaraq zərərli proqramların müstəqil şəkildə quraşdırılması öyrədilib.
 
Mütəxəssisin sözlərinə görə, "Windows Defender" virusa yoluxmuş proqram təminatı quraşdırılmaya kömək edəndə də onu müəyyənləşdirə bilir. Lakin heç də bütün kənar antivirus proqramları zərərli əlavəni aşkarlamaq iqtidarında deyil. Ekspert zarafatyana deyib ki, beləliklə, "Windows Defender" yoluxmuş proqram təminatını kompüterə quraşdırmağa imkan verən ələ keçirilmiş uzun proqramlar siyahısına düşüb.

Nizam Nuriyev





08/09/20    Çap et