Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Nazir Ramin Quluzadə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının baş katibi ilə görüşüb
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) baş katibi Bağdad Amreyevlə görüş keçirib.
Qonaqları salamlayan nazir Ramin Quluzadə “COVID-19” pandemiyası şəraitində, cari ilin 30 aprel tarixində TDƏŞ-ə üzv dövlətlərin nəqliyyat nazirlərinin iştirakı ilə keçirilmiş videokonfransda qaldırılan məsələlərin həlli istiqamətində ölkəmiz tərəfindən görülən tədbirlər barədə məlumat verib.
Görüş zamanı nəqliyyat nazirlərinin videokonfransının nəticəsi olaraq pandemiya dövründə yarana biləcək məsələlərin çevik həlli, nəqliyyat və logistika əməliyyatlarının effektiv əlaqələndirilməsi üçün yaradılmış Nəqliyyatı Əlaqələndirmə Şurasının iclasının keçirilməsi müzakirə olunub. Həmçinin Azərbaycan üzərindən daşınan tranzit yük axınlarının davamlılığının təmin edilməsi, TASİM layihəsinin həyata keçirilməsi, startap hərəkatının genişləndirilməsi, o cümlədən TDƏŞ çərçivəsində startapların inkişaf etdirilməsi üzrə birgə işin təşkili məsələləri ətrafında fikir mübadiləsi aparılıb.
08/09/20 Çap et