“Windows” sisteminə mövzular üzərindən müdaxilə edilib
Mövzular üzərindən “Windows” əməliyyat sisteminə müdaxilə üsulu haqqında məlum olub. Bu haqda kibertəhlükəsizlik üzrə mütəxəssis Cimmi Beynə istinadən “Bleeping Computer” nəşri yazıb.
“ICTnews” Elektron Xəbər Xidməti “
lenta.ru” saytına istinadən yazır ki, mütəxəssis “.theme” genişlənməsinə malik mövzu fayllarının köməyi ilə “Windows”un idarəetməsi altında işləyən kompüterlərə məsafədən müdaxilə üsulunu tapıb. Bunun üçün cinayətkarın mövzu faylını redaktə edərək müəyyən bir uzaq serverə qoşulması üçün ora informasiya əlavə etməsi kifayətdir. Kompüterlərə belə müdaxilə metodu “Pass-the-hash” hücumu adlanır və kiberməkanda geniş yayılıb.
Beyn bildirib ki, ilin əvvəlində “Microsoft” şirkətinə təhlükəli boşluq haqqında xəbərdarlıq edib, ancaq şirkətdən ona cavab verilib ki, mütəxəssis tərəfindən təsvir edilmiş problem aktual hesab edilmir.
Emil Hüseynov