Dezinfeksiya funksiyalı “Xiaomi” lampası təqdim olunub
“Xiaomi Youpin” kollektiv maliyyələşdirmə platformasında dezinfeksiya məqsədi ilə və lampa qismində istifadə olunan qurğu təqdim olunub.
“ICTnews” Elektron Xəbər Xidməti “IXBT
www.ixbt.com” resursuna istinadən yazır ki, “USB” portuna qoşulan qurğunu kompüterlərlə birlikdə, mətbəx və avtomobillərdə istifadə etmək mümkündür.
Lampanın ayaq hissəsi əyilən olduğuna görə əyilmə bucağını istifadəçinin rahatlığı üçün tənzimləmək olar. Qurğu dezinfeksiya və sterilizasiya üçün 12 işıq diodu, eləcə də 5 ultrabənövşəyi işıq mənbəyi ilə təchiz olunub. Mərkəzdə əhatə dairəsində insan bədəninin müəyyənləşdirilməsi halında ultrabənövşəyi şüalandırmanı dayandıran infraqırmızı sensor yerləşir.
İstismar müddəti 2 min saat təşkil edən ultrabənövşəyi işıq mənbələri hüceyrə membranı və orqanizm nüvələrinə nüfuz edərək bakteriyaları məhv edən ultrabənövşəyi şüaları 260-280 nanometr dalğa uzunluğunda şüalandırır.
Qurğunun səmərəliliyi Çin və Avropa səhiyyə komissiyalarının sertifikatları ilə təsdiq olunub.
Nizam Nuriyev