Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“HTML5” texnologiyası ilə olan mobil telefon satışları 5 il ərzində 3,5 dəfə artacaq
Hal-hazırda “HTML5” veb-texnologiyasının populyarlığı durmadan artır. “Adobe”, “Apple”, “Google”, “Microsoft”, “RİM” şirkətləri “HTML5” texnologiyasını inkişaf etdirən əsas şirkətlərdir.
“Strategy Analytics” şirkətinin analitiki Neil Şahın bu yaxınlarda dərc etdiyi hesabatda “HTML5” texnologiyasını dəstəkləyən mobil aparat satışlarının artması haqqında fikrini söyləyib.
2011-dən 2016-cı ilə qədər 5 il ərzində dünyada belə mobil aparatların sayı 365%-ə kimi artacaq, həm də belə qurğu tədarüklərinin çox sürətli artması, analitik Neil Şahının fikrincə, dördüncü nəsil mobil şəbəkələrin geniş yayılmasını təmin edəcək.
12/12/11 Çap et