Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Google” yaradıcıları şəxsi təyyarələri üçün 33 milyonundan keçir


“Google” şirkətinin yaradıcıları Larri Peyc və Serqey Brin, həmçinin “Google”-un keçmiş icraçı direktoru və hal-hazırda  Direktorlar şurasının sədri Erik Şmidt “Hangar One” hərbi anqarının bərpası üçün lazım olan bütün məbləği ödəməyi təklif ediblər.

“Hangar One” XX əsrin 30-cu illərində Amerika hərbçiləri tərəfindən hərbi dirijablların yerləşdirilməsi üçün baza kimi tikilib. Hal-hazırda bu anqarı tamamilə sökmək planlaşdırılır.

“Google” rəhbərləri “NASA” təşkilatına bu anqarın tam bərpası üçün 33 milyon dollar ödəməyə söz veriblər. Lakin onların 1 şərti var. Şərt isə ondan ibarətdir ki, təşkilat Peyc, Brin və Şmidtə onların şəxsi təyyarələrini anqarda  saxlamağa icazə versin,- “San Jose Mercury News” xəbər verib.





12/12/11    Çap et