Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“Hitachi” şirkəti 4 TB tutumlu daxili vinçesterlərin satışına başlayıb
Yaponiya pərakəndə satışına “Hitachi” şirkətinin 3.5 düym form-faktorda hazırlanmış 4 TB tutumlu sərt diskləri çıxarılıb.Daşıyıcılar “DeskStar 5K” ailəsinə aiddirlər. Onlar 32 MB tutumlu buferlə təchiz ediliblər; kompyuterə qoşulma üçün “Serial ATA 3.0” interfeysi istifadə edilib.
Disklərdə “CoolSpin” firma texnologiyası reallaşdırılıb. “Hitachi” şirkətinin bəyanatına əsasən, o, məhsuldarlıq, enerji istehlakı və səs səviyyəsi arasında optimal balans təmin edir.
Sərt disk stolüstü kompyuterlərdə istifadə üçün nəzərdə tutulub. Qiyməti təxminən 345 dollardır. Yeniliyin Yaponiyadan kənara tədarük olunma müddəti hələ bildirilmir.
12/12/11 Çap et