Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Samsung” 108 mp-lik yeni fotosensor təqdim edib


Cənubi Koreyanın texnologiya nəhəngi “Samsung” şirkəti smartfon kameraları üçün yeni “ISOCELL” sensorlarını təqdim edib. Bu haqda şirkətin saytında məlumat verilib.

 

“ICTnews” Elektron Xəbər Xidməti “ria.ru” saytına istinadən yazır ki, növbəti nəsil fotosensorların ölçüsü əvvəlkilərlə müqayisədə 15% kiçikdir. Bu, müasir smartfonlarda irəli çıxan fotomodulun ölçülərini kiçiltməyə imkan verəcək.

 

“ISOCELL JD1” adlı kiçik model ön modullarda istifadə üçün nəzərdə tutulub. 48 mp-lik “ISOCELL GM5” fotosensor telefoto və ya genişbucaqlı linzalarla işləmək üçün nəzərdə tutulub. 64 mp-lik “ISOCELL GW3” modeli smartfonlarda istifadə ediləcək və saniyədə 60 kadr sürətlə 4K formatında video çəkmək xüsusiyyətinə malikdir. Nəhayət, 108 mp-lik qabaqcıl “ISOCELL HM2” sensoru 9 pikseli 1 pikseldə birləşdirmək texnologiyası üzrə işləyir və şəklin keyfiyyətini itirmədən onu 3 dəfə böyüdə bilər.

 

Yeni kameralarla təchiz edilmiş smartfonlar artıq yaxın aylarda əlçatan olacaq.

 

Emil Hüseynov






15/09/20    Çap et