Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Nazirlik uşaq evinin şagirdlərinə notbuklar hədiyyə etdi


Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nümayəndələri 15 Sentyabr Bilik günü münasibəti ilə 1 saylı uşaq evini ziyarət ediblər.

 

Covid-19 pandemiyası şəraitində təhsil müəssisələrində dərslərin onlayn formada təşkili ilə əlaqədar uşaq evinin məktəbli şagirdləri üçün notbuklar hədiyyə edilib.

 

Uşaq evinin yüksək surətli internetlə təmin edilməsi üçün "Baktelecom" şirkəti tərəfindən müvafiq işlərə başlanılıb.

 

Qeyd edək ki, daha əvvəl də nazirlik tərəfindən 1 saylı uşaq evinin məktəblilərinə kompüterlər hədiyyə edilib.

 

Həmçinin nazirlik əməkdaşları "Zəfər" Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin üzvləri ilə birlikdə evlərində internet xətti və kompüterinin olmaması səbəbindən distant təhsilə qatıla bilməyən şagirdlərə planşet və dərs ləvazimatları hədiyyə edib.

 

"Aztelekom" MMC tərəfindən şagirdlərin evlərinə telefon və rabitə xətti çəkilib.

 

 








15/09/20    Çap et