Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Yaponiyada robotlara malları rəflərə qoymaq öyrədilib


Yaponiyanın "FamilyMart" mağazalar şəbəkəsində robot köməkçilər istifadəyə verilib. Onlar malları rəflərə yerləşdirə, həmçinin yerə düşmüş əşyaları götürə bilirlər.

 

"ICTnews" Elektron Xəbər Xidməti "hightech.fm" saytına istinadən yazır ki, 24 saat işləyən "FamilyMart" ailə mağazalar şəbəkəsi Yaponiyanın "Telexistence" şirkəti tərəfindən hazırlanmış "Model-T" adlı robot istifadəyə verib. Təkərli platformada hərəkət edən 2 metr hündürlüyündə olan robot kamera, mikrofon və sensorlardan istifadə edir. Onun hər bir "əli"ndə üç barmaq var, buna görə o, banka, butulka və ya daha böyük əşyalarla təmasda ola bilir.

 

"FamilyMart" mağazalar şəbəkəsindən bildirilib ki, onlar bu ilin sonunadək daha üç robotun köməyindən istifadə etməyi planlaşdırır. 2022-ci ilədək 20 mağazada onlarla robot istifadəyə veriləcək.

 

Emil Hüseynov






16/09/20    Çap et