Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“Google Chrome” ən təhlükəsiz səyyahdır
“Accuvant LABS” şirkəti 3 ən geniş yayılmış səyyahın (Internet Explorer, Chrome və Firefox) təhlükəsizliyini qiymətləndirib.“Accuvant LABS” ekspertləri birinci yeri “Google” şirkətinin “Chrome” səyyahına veriblər. “İnternet Explorer” səyyahı ikinci yeri tutub,- “Firefox” isə üçüncü olub.
“StatCounter” analitik şirkətinin məlumatına əsasən, “İnternet Explorer”, “Chrome” və “Firefox” səyyahlarının bazar payları dekabr ayının əvvəlində müvafiq olaraq 40,1, 26,0 və 25,1 faiz təşkil ediblər.
12/12/11 Çap et