Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Microsoft” şirkəti “Windows 10” ilə işləyən kompüterlərə öz “Edge” brauzerini məcburi quraşdırır


"Microsoft" korporasiyası "Chromium" mühərrikinə əsaslanan öz "Edge" brauzerinin populyarlığını yüksəltmək cəhdindən əl çəkmir. Şirkətin "Windows 10" əməliyyat sistemi üçün son yeniləməsi kompüterlərə "Edge" brauzerini məcburi quraşdırır.

 

"ICTnews" Elektron Xəbər Xidməti "planet-today.ru" saytına istinadən yazır ki, söhbət "KB4576754" kod adına malik yeniləmədən gedir. Bu yeniləmə "Windows 10" sisteminin 1809, 1903, 1909 və 2004 versiyalarının idarəetməsi altında işləyən kompüterlərə quraşdırılır. "HotHardware" portalı yazır ki, "KB4576754" yenilənməsi istifadəçinin kompüterində quraşdırılmış "Edge" brauzerini silir və onun əvəzinə "Edge"nin yeni versiyasını quraşdırır.

 

Yeni "Edge" brauzeri tapşırıqlar panelinə bərkidilir, həm də işçi masada onun ikonkası yaradılır. "Microsoft" tərəfindən məcburi quraşdırılan sözügedən brauzeri standart vasitələrin köməyi ilə silmək mümkün deyil.

 

Emil Hüseynov






16/09/20    Çap et