Avstraliyalı alimlər tərəfindən təqdim edilmiş qurğu gələcəkdə gözdən əlillərin görmə qabiliyyətini bərpa etməyə kömək edəcək. Hələ ki o, pasiyentlərin iştirakı ilə ilk klinik sınaqlarda yoxlanılacaq.
"ICTnews" Elektron Xəbər Xidməti "hightech.fm" saytına istinadən yazır ki, Avstraliyanın Monaşa Universitetinin tədqiqatçıları tərəfindən hazırlanmış qurğu gözdən əlil və zəif görən insanlara kömək edə bilər. Alimlər "Gennaris" süni görmə sistemində gözləri əvəz edə biləcək bir qurğu hazırlayıblar.
Bu, korluğun müalicəsi üçün nəzərdə tutulmuş çiplə təchiz edilmiş ilk qurğudur. Sifariş nəticəsində hazırlanmış baş geyimi simsiz ötürücüyə malik kamera və görüntünün emalı üçün proqram təminatından ibarətdir. 9x9 mm ölçüsündə olan çiplər beyinə implantasiya edilir.
Tədqiqatçılar izah ediblər ki, görmə pozğunluğu müalicə edilmədikdə tamamilə kor olma riski böyükdür. Bu halda onların texnologiyası müalicənin səmərəliliyini 2,5 dəfə yüksəldə bilər.
Qurğuya qoşulmuş kamera ətrafda baş verənləri qeydə alacaq. Bundan sonra kamera təsviri vizual prosessora göndərir və orada texnologiyanın başqa hissələri təsvirdən çiplərə translyasiya edilə bilən məlumatları əldə edir.
Daha sonra məlumatlar insan beyninə yerləşdiriləcək implantların hər birindəki mürəkkəb sxemə daxil olur və mikroelektrodların köməyi ilə beyini stimullaşdıran elektrik impulslar sxeminə çevrilir. Beləliklə, insanın görmə qabiliyyəti bərpa edilir.
Emil Hüseynov