“Xiaomi” şirkəti 55 düym diaqonallı “Redmi Smart TV A55” televizor modelini təqdim edib.
“ICTnews” Elektron Xəbər Xidməti “3DNews” resursuna istinadən yazır ki, televizor “4K Ultra HD” (3840 × 2160 piksel) təsvir ölçüsünə malikdir. Həmçinin “HDR” texnologiyası dəstəklənir, xüsusi “Image Quality Engine” proqram təminatı isə təsvirin keyfiyyətini yaxşılaşdırır.
Televizor 1,5 QHs takt tezliyində işləyən dörd hesablama nüvəsinə malik “MediaTek MT9632” prosessoru üzərində qurulub. Çipin tərkibinə “ARM Mali-G52 3EE MC1” qrafik sürətləndiricisi daxildir.
Model 1,5 giqabaytlıq operativ yaddaş, 8 giqabaytlıq quraşdırılmış yaddaş, stereofonik dinamikli audiosistem ilə təchiz olunub. Bundan başqa, iki “USB” portu, iki “HDMI” çıxışı və “S/PDIF” interfeysi nəzərdə tutulub.
Yeni qurğu nazik çərçivələrə malikdir. Proqram platforması qismində “Android” əməliyyat sistemində istifadə olunub.
Hazırda qiyməti 260 dollar təşkil edən “Xiaomi Redmi Smart TV A55” televizoru üçün ilkin sifarişlərin qəbuluna başlanılıb. Gələcəkdə onun qiymətinin 300 dollaradək bahalaşacağı gözlənilir.
Nizam Nuriyev