Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“iPad 3” planşetinin satışlarına 3-4 aydan sonra başlanacaq


Tayvanın “DigiTimes” nəşrinin məlumatına əsasən, “Apple” şirkəti “iPad 3” internet-planşetini təxminən 3-4 ay sonra təqdim edəcək. Eyni zamanda, yeni planşet üçün əsas komponent təchizatçıları artıq planşetin yeni versiyasının quraşdırılması üçün tədarüklərə başlayıblar.

Həmçinin “DigiTimes” nəşri bildirib ki, cari dördüncü rübdə kifayət qədər (14-15 milyon) “iPad 2” planşeti istehsal edilib, lakin artıq 2012-ci ilin birinci rübündə onların sayı 4-5 milyona qədər azalacaq.

“iPad” planşetinin əsas istehsalçısı olan Çinin “Foxconn Electronics” şirkətinin artıq 2012-ci ilin yanvar ayında ilk “iPad 3” quraşdırmalarına başlayacağı bildirilib, lakin tammiqyaslı istehsal fevral ayından başlanacaq.

Analitiklərin proqnozlarına əsasən, “Apple” şirkəti 2012-ci ilin birinci rübündə təxminən 9,5-10,0 milyon “iPad” planşeti satacaq. Ümumilikdə isə şirkət 2011-ci ildə 40 milyondan çox internet-planşet satıb.





12/12/11    Çap et