Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Çində “5G” istifadəçilərinin sayı 110 milyon olub


Çinin İnformasiya və Kommunikasiya Texnologiyaları Akademiyasının (CAICT) rəhbəri Ven Ku Çünsində innovasiya texnologiyalarına həsr edilmiş illik forumda deyib ki, milli operatorlar artıq 110 milyondan çox "5G" istifadəçisini qeydiyyata alıblar və texnologiya şirkətləri 2020-ci ilin sonunadək ölkədə 100 mindən çox "5G" baza stansiyaları quraşdıracaqlar. İllik planlaşdırılmış 500 min stansiya sentyabrın ortasınadək quraşdırılıb.

 

"ICTnews" Elektron Xəbər Xidməti "hightech.plus" saytına istinadən yazır ki, eyni zamanda Çinin "Huawei", "Oppo", "Vivo" və "Xiaomi" şirkətləri "5G" qurğularına olan tələbatı ödəyirlər. Çində 2020-ci ilin birinci rübündə "5G" dəstəkli cihazların bazar payı 16% təşkil edib. Bu göstərici digər ölkələri ötmək üçün kifayət edib. Bu halda qurğuların əksəriyyətini (60%) "Huawei" satıb, "Oppo", "Xiaomi" və "Vivo" şirkətlərinin payına 36%, Cənubi Koreyanın "Samsung" şirkəti və digər az tanınmış brendlərin payına 4% düşüb. "CAICT"in son məlumatına görə, "5G" smartfonların satış həcmi artmağa davam edir və avqustda artıq ümumi tədarük həcminin 60%-ni təşkil edib.

 

Emil Hüseynov






18/09/20    Çap et