Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Noutbuk istehsalı 10-15% azalacaq


2012-ci ilin birinci rübündə noutbuk tədarükləri əvvəlki rüblə müqayisədə 10-15% azalacaq. Bu proqnozu noutbuk bazarındakı mənbələr Tayvanın  “DigiTimes” nəşrinə veriblər.

2011-ci ilin son rübünə gəlincə isə, ekspertlər 5% səviyyəsində rüblük azalma gözləyirlər, halbuki 1 il əvvəl 15% artım qeyd edilmişdi.

Seqmentin bərpası, ehtimal ki, 2012-ci ilin ikinci rübündə olacaq. Ən azı, bazar iştirakçıları sərt disk istehsalının artımını və “İntel İvy Bridge” prosessorlarının istehsalını məhz bu dövrə proqnozlaşdırırlar.

“İHS iSuppli” analitiklərinin hesablamalarına əsasən, ənənəvi noutbuk  satışları 2011-ci ildə 217 milyondan 2015-ci ildə 188 milyona qədər azalacaq.





12/12/11    Çap et