Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

İlk “OPPO” televizorlarının təqdimat tarixi açıqlanıb


“OPPO” şirkəti ilk smart televizor nəslinin rəsmi təqdimat tarixini açıqlayıb.
 
“ICTnews” Elektron Xəbər Xidməti “4PDA www.4pda.ru” resursuna istinadən yazır ki, şirkət “ağıllı” qurğu ekosisteminin yaradılması ilə bağlı planları ötən ilin dekabrında “OPPO INNO Day” konfransında bəyan edib. “ColorOS 11” proqram təminatı və “OPPO Watch ECG Edition” “ağıllı” saatının təqdimatı zamanı şirkət nümayəndələri tərəfindən tezliklə “OPPO” brendli televizorların buraxılacağı qeyd olunub.
 
Məlumata görə, yeni televizorların təqdimatı oktyabra planlaşdırılır.  
 
Bildirilir ki, sentyabrın əvvəlində “OPPO” televizorları və dəstə daxil olan məsafədən idarəetmə pultları “3C” və “Bluetooth SIG” sertifikatlarına layiq görülüb. Bloger hesablamalarına görə, televizorların istehsalı ilə tərkibinə “AOC”, “Envision” və “Philips TV” kimi brendlərin daxil olduğu “TPV Display Technology” şirkəti məşğul olacaq.
 
“OPPO” şirkəti tərəfindən 55 və 65 düym diaqonallı iki “ağıllı” televizor modelinin təqdim olunacağı gözlənilir. Yeni qurğuların texniki xüsusiyyətləri barədə məlumat verilmir.
 
Nizam Nuriyev





25/09/20    Çap et