Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Pekində “5G” istifadəçilərinin sayı 5 milyonu ötüb


Pekində yeni nəsil “5G” rabitə şəbəkəsi istifadəçilərinin sayı 5,06 milyon olub. Bu barədə şəhər rabitə idarəsindən məlumat verilib.
 
“ICTnews” Elektron Xəbər Xidməti “interfax.ru” saytına istinadən yazır ki, Pekində ötən ildən bu şəbəkələrin rəsmi kommersiya istismarına başlanılıb.
 
Sözügedən şəhərdə avqustun sonuna olan məlumata görə, ümumilikdə 44 min “5G” baza stansiyası fəaliyyət göstərib. Gözləntilərə görə, 2020-ci ilin sonunadək onların sayı 50 minədək artacaq.
 
Çinin paytaxtında “5G” şəbəkəsinin istismarı üçün lisenziyanı  üç telekommunikasiya şirkəti (“China Mobile”, “China Unicom” və “China Telecom”) əldə edib. Onların bölmələri şəhərdə “5G” şəbəkəsinin tətbiqi ilə olan mindən çox layihə istifadəyə verib.
 
Emil Hüseynov




25/09/20    Çap et