"Hydromea" şirkətinin tədqiqatçıları "LUMA" adlı yeni simsiz məlumat ötürmə texnologiyası yaradıblar.
"ICTnews" Elektron Xəbər Xidməti "Ferra" resursuna istinadən yazır ki, "LUMA" iş prinsipinə görə "Li-Fi" texnologiyasına bənzəyir. Burada rəqəmli siqnal işıq mənbəyi parıldamasında kodlaşdırılır. O, ikinci qurğuda həssas fotoelement tərəfindən qəbul edilir. Bunun üçün səthdə ağ, sarı rəng və infraqırmızı şüadan, suyun altında isə yaşıl və ya göy rəngdən istifadə olunur.
"LUMA" texnologiyası dənizin 4,3 km dərinliyində sınaqdan keçirilib. Avadanlıq şəffaf plastikdən ibarət germetik korpusa yerləşdirilib. İdeyaya görə, o, 6 km dərinlikdə təzyiqə dözməlidir. Ötürücünün əhatə radiusu 50-100 metrə bərabərdir.
Məlumata görə, bu, məlumatların dəniz dibindən birbaşa səthə ötürülməsi üçün kifayət etmir. Lakin xüsusi robot sualtı sensorlardan yan keçərək bütün lazımi informasiyanı əldə edə, daha sonra onu insanlara ötürə bilər. İndiyədək bunun üçün cihazlar səthə çıxarılıb.
Nizam Nuriyev