Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“AMD” şirkəti ultrabuklara rəqib hazırlayır


Veb-mənbələrin məlumatına əsasən, “AMD” şirkəti nazik korpusda yeni nəsil portativ kompyuterlər hazırlayır.Ultranazik noutbukları istehsal etmək imkanı bir neçə fərdi kompyuter istehsalçıları ilə müzakirə edilir.

Ehtimallara görə, “AMD” platformasında olan nazik leptopların əsasını 32 nanometr texnoloji proses üzrə hazırlanan “Trinity” kod adlı hibrid prosessorları təşkil edəcək. Onlar 4 ədəd “x86” tipli hesablama nüvəsi, “DDR3” yaddaş kontrolleri və “Radeon HD 7000” seriyasının qrafik kontrollerinə malik olacaqlar.

“Trinity” xəttinin məmulatları hazırkı “A-Series” (Llano) prosessorlarından ən azı 50% məhsuldar olacaq.
“AMD” şirkətinin bir sıra yenilikləri artıq yanvar ayında təqdim edəcəyi gözlənilir.





12/12/11    Çap et