Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Tədqiqatçılar kiçik şüşə parçasına 75,6 TB məlumat yazmağa nail olublar


İnsan tərəfindən yaradılan rəqəmli məlumatların tutumu olduqca yüksək sürətlə artır. Lakin fiziki məlumat daşıyıcılarının inkişaf tempi elə yüksək deyil. Bu o deməkdir ki, bulud saxlanc sistemi yaratmaq üçün daha çox bahalı sərt disk satın almaq lazımdır. Onlarla terabayt məlumatı kvars parçasına yazmağa imkan verən “Microsoft”un yeni texnologiyası bu vəziyyətdən çıxış yolu ola bilər.
 
“ICTnews” Elektron Xəbər Xidməti “4pda.ru” saytına istinadən yazır ki, “Microsoft Project Silica” məlumatların lazerin köməyi ilə çox bərk kvars şüşəsinə yazılması texnologiyasına əsaslanır. Sınaqlar zamanı tədqiqatçılar 75,6 məlumatı 2,5 düymlük disk ölçüsündə kvars parçasına yazmağa nail olublar. Müqayisə etsək, ən tutumlu 3,5 düymlük sərt diskin həcmi 20 TB-dır.
 
“Project Silica” komandasının üzləşdiyi əsas problem ondan ibarətdir ki, kvars daşıyıcısına yenidən yazmaq olmur. Beləliklə, kvars daşıyıcıdakı informasiyanı yalnız oxumaq olar. Bu, ehtiyat nüsxənin çıxarılması ilə əlaqədar çətinliklər yaradacaq.
 
Analitiklər iddia edirlər ki, 2025-ci ilədək dünyada məlumatların həcmi 175 zettabaytı (1 ZB = milyard TB) ötəcək. Bu, 2018-ci illə müqayisədə 6 dəfə daha çoxdur.
 
Emil Hüseynov




28/09/20    Çap et