Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Yaponiyada robot ofisiantlar “COVID-19” ilə mübarizəyə kömək edəcəklər


Yaponiyanın “SoftBank Group Corp” korporasiyası ölkədə koronavirusun yayılması ilə mübarizəyə kömək edəcək “Servi” robotunu təqdim edib. Bu barədə Yaponiyanın “KYODO News” informasiya agentliyinin məlumatında deyilir.

 

“ICTnews” Elektron Xəbər Xidməti “Belta” resursuna istinadən yazır ki, bir dəfəyə 35 kiloqramlıq sifarişi çatdıran robot süni intellekt sayəsində istiqaməti xəritəyə görə müəyyənləşdirir. Həmçinin robot üç senosr və kamera ilə təchiz edilib ki, bu da ona yoldakı maneələri avtomatik dəf etməyə imkan verir.

 

2021-ci ilin yanvarından etibarən “Servi” robotunu aylıq 950 dollar olmaqla üçillik icarəyə götürmək mümkün olacaq. Ondan restoran, kafe və mehmanxanalarda istifadə planlaşdırılır ki, bu da müştərilər və işçi heyəti arasında əlavə kontaktları aradan qaldırmağa şərait yaradacaq.

 

Nizam Nuriyev






29/09/20    Çap et