Sinqapur milli eyniləşdirmə üçün üztanıma sistemini tətbiq edəcək ilk dövlət olacaq
Sinqapur milli səviyyədə vətəndaşlarını eyniləşdirmək üçün üztanıma sistemindən istifadə edəcək dünyada ilk dövlət olacaq. Biometrik texnologiyanın həm dövlət, həm də özəl xidmətlərə təhlükəsiz girişi təmin edəcəyi gözlənilir.
“ICTnews” Elektron Xəbər Xidməti “
vesti.ru” saytına istinadən yazır ki, üztanıma sistemi öncə yerli banklardan birində sınaqdan keçirilib, indi isə bütün dövlət üzrə inkişaf etdirilir. Sinqapur hakimiyyəti dəyişiklikləri rəqəmli ölkə iqtisadiyyatı üçün "fundamental" adlandırır.
İlk olaraq texnologiya vergiləri yoxlamağa və ödəməyə, həkimə məsafədən yazılmağa və başqa dövlət xidmətlərinə giriş əldə etməyə imkan verən “SingPass” xidməti ilə inteqrasiya ediləcək. “BBC” yazır ki, üztanıma sistemi artıq Sinqapurun vergi xidməti bölmələrində və məsafədən hesab açmaq üçün yerli DBS bankında tətbiq edilir.
Emil Hüseynov