Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

2020-ci ildə rabitə xidmətləri və ödənişli televiziya üzrə qlobal xərclər 1,4% azalacaq


“IDC” tədqiqat şirkətinin analitikləri 2020-ci ildə rabitə xidmətləri və ödənişli televiziya üzrə qlobal xərclərin azalmasını proqnozlaşdırırlar. Sözügedən bazarın həcmi 1,55 trilyon dollar məbləğində gözlənilir ki, bu da 2019-cu illə müqayisədə 1,4% daha azdır.

 

“ICTnews” Elektron Xəbər Xidməti “dailycomm.ru” saytına istinadən yazır ki, eyni zamanda mütəxəssislər telekommunikasiya sahəsini “COVID-19” pandemiyasına görə böhran şəraitində dünya iqtisadiyyatının ən dayanıqlı sektorlarından biri adlandırırlar. Operatorların hesabatları açıq şəkildə göstərir ki, istehlakçılar tərəfindən onların xidmətlərinə tələbat məcburi təcrid etmə dövründə yüksəlib.

 

Bununla belə ilin ikinci yarısı üçün operatorların proqnozu daha pessimistdir və müəssisələrin bağlanması, işsizliyin artması, turizm fəallığının azalması, son dərəcə vacib olmayan məhsul və xidmətlərə xərclərin azalması ilə müşayiət olunacaq iqtisadi tənəzzül fonunda gəlirlərin azalmasını nəzərdə tutur. Bunu nəzərə alan analitiklər 2020-ci ildə rabitə xidmətləri və ödənişli televiziyadan əldə edilən qlobal gəliri 0,5% azaldıblar.

 

Mənfi dinamika dünyanın bütün regionlarında gözlənilir. Şimali və Latın Amerikasında gəlir daha az azalacaq. 2020-ci ildə bu regionda rabitə xidmətlərinə və ödənişli televiziyaya 613 milyard dollar xərclənəcək ki, bu da 2019-cu illə müqayisədə 0,5% daha azdır.

 

EMEA (Avropa, Yaxın Şərq və Afrika) və Asiya-Sakit okean regionunda (Yaponiya və Çin daxil olmaqla) Afrika və Asiya ölkələrində qiymətə həssas istifadəçilərin çox olması sayəsində daha çox azalma gözlənilir.

 

Emil Hüseynov






29/09/20    Çap et