Növbəti 10 ildə noutbuk və masaüstü fərdi kompüter tədarüklərinin qlobal zəncirində baş verəcək böyük dəyişikliklər nəticəsində Çin kompüter texnikasının quraşdırılması üzrə qlobal mərkəz statusunu itirəcək. Bu yaxınlarda Tayvanın "Market Intelligence & Consulting Institute" (MIC) Elmi Tədqiqat İnstitutunun mütəxəssisləri belə proqnozla çıxış ediblər.
"ICTnews" Elektron Xəbər Xidməti "dailycomm.ru" saytına istinadən yazır ki, MIC-in hesablamasına görə, 2030-cu ilədək noutbuk istehsalının yalnız 40%-i Çinin payına düşəcək.
Tədqiqatçıların proqnozuna görə, əsas kompüter komponentləri istehsalçıları öz yerlərini Çindən Cənub-Şərqi Asiya ölkələrinə dəyişirlər. 2030-cu ilədək dünyada istehsal edilən noutbukların 50%-i Cənub-Şərqi Asiyadakı konveyerlərdə yığılacaq.
Tayvan kompüter sənayesi üçün elmi araşdırmalar və hazırlamalar mərkəzi olmağa davam edəcək. Noutbuk quraşdırmaları üzrə ümumi həcmin yalnız 5%-i Tayvan müəssisələrinin payına düşəcək.
Emil Hüseynov