Dünyanın ən böyük axtarış sistemi videokonfranslar bazarında "Zoom"u və "Microsoft" şirkətinə məxsus "Skype" xidmətini sıxışdırmaq niyyətindən əl çəkmir. Şirkətin rəsmisi bildirib ki, 2020-ci ilin aprelinədək "Google Meet" qrup videozənglər xidməti konfransların davametmə müddətinə məhdudiyyət tətbiq etməyəcək.
"ICTnews" Elektron Xəbər Xidməti "vesti.ru" saytına istinadən yazır ki, ödənişsiz video ünsiyyət yalnız "Gmail" poçtu ilə qeydiyyatdan keçmiş hesablar üçün əlçatan olacaq. "Google" bu üsulla digər xidmətinin populyarlığını daha da dəstəkləməyə çalışır.
"Hangouts Meet" xidmətinin ödənişli funksiyaları (250-dək iştirakçı sayı ilə videozənglər, konfransın "Google Drive"də fayla yazılması və daxili canlı yayımlar) martın əvvəlində "G Suite" xidmətlərinin korporativ paketindən istifadə edənlərə əlçatan olub.
Emil Hüseynov