Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Diqqət: Azərbaycanda “WhatsApp” istifadəçilərinə “spam” mesajlar göndərilir


Azərbaycanın ''WhatsApp'' istifadəçilərinə Rusiya ölkə kodlu saxta nömrələrdən həqiqətə uyğun olmayan ''spam'' mesajlar göndərilir. Bu haqda məlumat verən Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti bildirir ki, göndərilən mesajlar təxribat xarakteri daşıyır və həqiqəti əks etdirmir. Məqsəd dezinformasiya yaymaqla əhali arasında qorxu və təşviş yaratmaqdır.

Bu cür mesajlar alan istifadəçilərdən onlara cavab verməmək, hər hansı keçidə daxil olmamaq, ''Report spam'' seçimini etməklə mesaja ''spam'' olaraq şikayət etmək xahiş olunur.

Bundan əlavə, ''Parametrlər'' bölməsindən ''Şikayət et/Report contact'' düyməsini seçməklə kontaktı şikayət və blok etmək lazımdır.

"Spam" mesajlar "WhatsApp" qaydalarını pozur və şikayət edildikdə, bu kontaktlar bloklanır.

Hər hansı kiberinsidentlə üzləşdiyiniz və ya metodiki dəstəyə ehtiyacınız olduqda www.cert.az saytı və ya reports@cert.az e-poçtu vasitəsilə Elektron Təhlükəsizlik Xidmətinə müraciət edin.
 






01/10/20    Çap et