Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Pirat audiovizual məhsulların satışdan çıxarılıb
İqtisadi İnkişaf Nazirliyinin (İİN) Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti paytaxtda pirat audiovizual məhsulların satışını aşkara çıxarıb. Bu barədə İİN-in yaydığı məlumatda deyilir.
Bakının Binəqədi rayonunda Rauf Nəcəfova məxsus mağazada yoxlamalar zamanı saxta, müvafiq orqanların və müəllif hüquqları sahibinin icazəsi olmadan hazırlanmış, eləcə də istehsalçının adı və ünvanının və ya müəllifin ünvanının göstərilmədiyi audio və video məhsullar aşkar edilib.
Bununla əlaqədar dövlət xidməti Rauf Nəcəfova mağazada aşkar edilən 703 ədəd CD və DVD diskləri məhv etməyi tapşırıb.Dövlət xidməti alıcılara audiovizual məhsullar alarkən hazırlanma haqqında məlumatın olmasına xüsusi diqət yetirməyi tövsiyə edir.
13/12/11 Çap et