Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

2020-ci ilin ikinci rübündə ən populyar smartfon brendləri məlum olub


“Visual Capitalist” analitik şirkəti tərəfindən dərc edilmiş araşdırmada müxtəlif brendlərə məxsus smartfonlara olan qlobal tələbat təhlil edilib. Şirkət hesabatda 2020-ci ilin ikinci rübündə daha çox cihaz satmağa nail olmuş ən çox tələbat olan istehsalçıların adını qeyd edib.

 

“ICTnews” Elektron Xəbər Xidməti “4pda.ru” saytına istinadən yazır ki, reytinqdə eyni anda iki şirkət liderlik edir: hər biri 20% bazar payına malik Cənubi Koreyanın “Samsung” və Çinin “HUAWEI” şirkətləri. Qlobal satış həcminin 14%-i ABŞ-ın “Apple” şirkətinin istehsalı olan qurğuların payına düşür və bu şirkət üçüncü yerdə qərarlaşıb. Növbəti yerləri “Xiaomi” (10%), “OPPO” (9%), “Vivo” (8%) və “Lenovo” (3%) şirkətləri tutublar. “Visual Capitalist” şirkətinin analitikləri, həmçinin qeyd ediblər ki, araşdırmanın nəticəsinə görə Çin brendləri tərəfindən istehsal edilmiş smartfonlar ümumi tədarük həcminin 50%-nə sahibdirlər.

 

Hesabat dövründə satılmış qurğuların 29%-nə quraşdırılmış “Qualcomm” prosessorları ən populyar olub. 26% bazar payına malik “MediaTek” prosessoru rəqibindən bir az geri qalıb.

 

Emil Hüseynov






05/10/20    Çap et