Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“SpaceX” və Pentaqon arasında yeni saziş imzalanıb


Sahibkar İlon Maska məxsus “SpaceX” şirkəti və ABŞ Müdafiə Nazirliyi arasında 149 milyon dollarlıq dövlət müqaviləsi imzalanıb. Vəsaitlərin raket buraxılışlarını izləyəcək peyklərin izlənilməsinə yönəldilməsi nəzərdə tutulur.

 

“ICTnews” Elektron Xəbər Xidməti “RGru” resursuna istinadən yazır ki, şirkət istehsalı “Starlink” telekommunikasiya peyklərinin buraxılışı üzrə zavodda qurmaq niyyətindədir. Peyk texnologiyaları qitələrarası ballistik raketlərin ələ keçirilməsi üçün istifadə ediləcək.

 

“SpaceX” şirkətinə bir müddət əvvəl də hərbi qurumlar tərəfindən peyklərin hazırlanması üçün maliyyə ayrılıb. Belə ki, ABŞ Hərbi Hava Qüvvələri “Starlink” peykləri vasitəsilə şifrlənmiş internetin testləri üçün 28 milyon dollar ödəyib.

 

Əlavə edək ki, peyklərin hazırlanması üçün analoji saziş “L3 Harris Technologies” şirkəti ilə də bağlanıb. Yeni peyklərin hazırlanması üçün şirkətə 193 milyon dollar ayrılıb.

 

Nizam Nuriyev






06/10/20    Çap et