Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“NVIDIA” şirkətinin yeni texnologiyası videozənglərin keyfiyyətini yaxşılaşdıracaq


Son zamanlar videorabitə üçün proqramlar böyük populyarlığa malikdirlər, amma internetə qoşulmanın keyfiyyətinə çox tələbkardırlar. “NVIDIA” şirkətinin mütəxəssisləri bu problemi həll etməyə cəhd göstəriblər: şirkət tərəfindən hazırlanmış orijinal alqoritm proqramların şəbəkənin buraxılış qabiliyyətinə olan tələbini 10 dəfə azaltmağa imkan verəcək.

 

“ICTnews” Elektron Xəbər Xidməti “4pda.ru” saytına istinadən yazır ki, yeni “NVIDIA Maxine” texnologiyası təsvirin emalı üçün generativ mübahisəli şəbəkələrin hesablama gücündən istifadə edir. Xüsusi alqoritm videokonfrans iştirakçılarının sifətinin əsas xüsusiyyətlərini təhlil edərək həmsöhbət tərəfə yalnız "əsas" pikselləri ötürür, çatışmayan piksellər isə sonradan neyroşəbəkə tərəfindən çəkilir. İstehsalçıların fikrincə, belə metod internetin sürətinə olan tələbi xeyli azaldır.

 

Emil Hüseynov






06/10/20    Çap et