Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“Microsoft” korporasiyası “iPad” planşeti üçün “OneNote” ofis əlavəsini çıxarıb
“Microsoft” korporasiyası bu gün “iPad” planşeti üçün nəzərdə tutulmuş öz ofis əlavələrinin ilk variantlarını çıxarıb. İlk əlavə qeydlərlə iş və layihələri idarə etmək üçün “OneNote” paketi olub. “Microsoft”-dan bildirirlər ki, “OneNote” – bu, “iOS” əməliyyat sistemində işləyən hələlik yeganə əlavədir.
Qeyd edək ki, bu gün “iOS” üçün “OneNote 1.3” versiyası çıxarılıb. “OneNote” əlavəsinin ilk versiyası “App Store” mağazasında yerləşdirilməmişdi və yalnız “iPhone” smartfonu üçün nəzərdə tutulmuşdu. Lakin bu versiya “iPad” planşetini də dəstəkləyir.
“Microsoft Office Group”-un texniki mütəxəssisi Maykl Oldenburqun sözlərinə əsasən, “OneNote” əlavəsinin yeni versiyası həm “iPhone” smartfonunda, həm də “iPad/iPad 2” planşetlərində işləyir.
Bütün bunlardan əlavə, 1.3 versiyası bir sıra funksional təkmilləşdirmələrə malikdir. Belə ki, digər “OneNote” əlavələri ilə “WiFi” vasitəsilə sinxronizasiya, vərəqlərlə olan yeni dizayn və s. Proqramın təsvirinə əsasən, istifadəçilər “OneNote” əlavəsini bir çox qurğularla, məsələn “iPhone”, digər “iPad”, “Windows” fərdi kompyuterləri və s. ilə sinxronlaşdırma üçün istifadə edə bilərlər.
“OneNote” əlavəsi istifadəçilər üçün pulsuzdur, lakin əgər konkret istifadəçinin qeydlərinin sayı 500-i ötürsə, o zaman o, “iPhone”-istifadə üçün 4.99 dollar və ya “iPad”-istifadə üçün isə 14.99 dollar ödəməli olacaq.
13/12/11 Çap et