Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“iPhone 12” smartfonunun təqdimat tarixi açıqlanıb


“Apple” şirkətinin yeni smartfonlarının nümayiş etdiriləcəyi tədbir oktyabrın 13-də baş tutacaq.

 

“ICTnews” Elektron Xəbər Xidməti “lenta.ru” saytına istinadən yazır ki, ABŞ şirkətinin məlumatına əsasən, oktyabrın 13-də “Apple Park”da xüsusi tədbir keçiriləcək. Bakı vaxtı ilə saat 21:00-a planlaşdırılmış təqdimat “Apple” şirkətinin saytında yayımlanacaq. Tədbir “Hi, Speed” (Salam, sürət) şüarı altında keçiriləcək.

 

Oktyabrın 13-də “Apple” şirkətinin qabaqcıl smartfonlar xəttini nümayiş etdirəcəyi gözlənilir. İnsayderlər brendin 4 qurğu təqdim edəcəyini gözləyirlər: “iPhone 12 mini”, “iPhone 12”, “12 Pro” və “12 Pro Max”. Analitiklər təxmin edirlər ki, seriyanın bütün smartfonları OLED displeylər və “5G” dəstəyinə malik olacaq.

 

Emil Hüseynov






07/10/20    Çap et