Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Hyundai” şirkəti uçan avtomobillər buraxacaq


“Hyundai” avtomobil istehsalçısı 2028-ci ilədək uçan avtomobillərin seriyalı buraxılışına başlamağı planlaşdırır.

 

“ICTnews” Elektron Xəbər Xidməti “Lenta” resursuna istinadən yazır ki, şirkət meqapolis daxilində 5-6 nəfər daşıyacaq modellər, eləcə də şəhərlər arasında uçuşlar üçün daha böyük avtomobillər hazırlayır. “Daim yolda tıxaclarda qalan insanlar hava nəqliyyatı vasitəsilə hərəkətin necə rahat olmasını anlayacaqlar. Məhz onda biz tələbatda artımın şahidi olacağıq”, – bölmə rəhbəri Cayvon Şin bildirib.

 

Şirkət nümayəndələrinin sözlərinə görə, ilk alıcıları cəlb etmək üçün “Hyundai” avtomobillərin qiymətini və səsin səviyyəsini azaltmağa çalışmaqla təhlükəsizliyi diqqət mərkəzində saxlayır. Bu ilin yanvarında Cənubi Koreya istehsalçısı “Uber” şirkəti ilə tərəfdaşlıqda ilk dəfə uçan avtomobil konsepti təqdim edib. Avtomobillər ilkin mərhələdə pilotlar tərəfindən idarə olunsa da, 2035-ci ilədək onların tam avtomatik işləmə rejiminə keçirilməsi nəzərdə tutulur.

 

Qeyd edək ki, avqustda Böyük Britaniyanın Bristol şəhərini təmsil edən “Vertical Aerospace” şirkəti 30 dəqiqə ərzində 76 kilometrlik məsafəni qət edən “E-Taxi” hava taksisinin yaradılması üzrə planlarını açıqlayıb.

 

Nizam Nuriyev






07/10/20    Çap et