Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Bu il hansı smartfon daha populyar olub?


2020-ci ilin ikinci rübündə dünyada smartfonların satışı ötən illə müqayisədə 20,4 faiz azalaraq 294,7 milyon ədəd təşkil edib. Azalma koronavirus pandemiyası və iqtisadi böhran fonunda baş verib. Bu barədə “ComprarAcciones” analitiklərinin hesabatında deyilir.

 

“ICTnews” Elektron Xəbər Xidməti “RIA Novosti” resursuna istinadən yazır ki, ən çox smartfon satan “Huawei” (ümumi satış həcminin 20 faizi) “Samsung” (19,5 faiz) və “Apple” (13,5 faiz) şirkətləri olub. Dördüncü yerdə öz subbrendləri ilə birlikdə Çinin “Xiaomi” şirkəti qərarlaşıb.

 

Bütün dünyada daha çox tirajla satılan ən populyar smartfon modeli bahalı “iPhone 11” (37,7 milyon ədəd) seçilib. İkinci yeri böyük fərqlə “Samsung Galaxy A51” (11,4 milyon ədəd) tutub. Üçüncü pillədə 11 milyon satılan “Xiaomi Redmi Note 8” yer alıb.

 

Maraqlıdır ki, dünyada ən çox satılan smartfonların ilk onluğuna beş “iPhone” və dörd “Xiaomi” modeli daxildir.

 

Nizam Nuriyev






08/10/20    Çap et