Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“İntel” korporasiyası rüblük proqnozunu yenidən nəzərdən keçirib


Dünyanın ən böyük prosessor istehsalçısı “İntel” korporasiyası bu gün bildirib ki, şirkətin fəaliyyətinin nəticələri dördüncü rübdə əvvəl bildirilmiş proqnozlardan aşağı olacaq. Buna səbəb isə sərt disk çatışmazlığıdır.

Qeyd edək ki, sərt disk çatışmazlığı Taylandda istehsal müəssisələrinin dayanması ilə bağlı yaranıb. Buna Taylandda son 50 ildə baş vermiş güclü daşqın səbəb olub.

Bundan əvvəl “İntel” korporasiyasının nümayəndələri bildirirdilər ki, şirkət baş vermiş daşqının əməliyyat maliyyə nəticələrinə təsirini gözləmir.

“İntel” korporasiyasının yenilənmiş proqnozuna əsasən, şirkət dördüncü rübdə 13,7 milyard dollar dəyərində mədaxil etməyi planlaşdırır. Bundan  əvvəl “İntel” korporasiyası 14,7 milyard dollar dəyərində mədaxil əldə edəcəyini proqnozlaşdırırdı.





13/12/11    Çap et