“Display Supply Chain Consultants” agentliyinin analitiki Ross Yanq “Apple” şirkətinin yeni qabaqcıl “iPhone 13” smartfonunun xüsusiyyətlərini açıqlayıb. Bu haqda “Business Insider” nəşri məlumat verib.
“ICTnews” Elektron Xəbər Xidməti “ria.ru” saytına istinadən yazır ki, 2021-ci ildə təqdim ediləcək cihazın özəlliyi təsvirinin göstərilməsi üçün təkmilləşdirilmiş “ProMotion” displeyi olacaq.
Mütəxəssisin məlumatına görə, yeni istehsal xəttinə displeylərinin diaqonalı 5,42 və 6,06 düym olan 2 standart və diaqonalı 6,06 və 6,67 düym olan 2 qabaqcıl smartfon daxil ediləcək. Standart modellər ikiqat kamera, qabaqcıl “iPhone 13” isə üçqat kamera ilə təchiz ediləcək.
Emil Hüseynov