“Apple” şirkəti haker qrupunu 50 000 dollar məbləğində mükafatlandırıb. Buna səbəb onların adıçəkilən şirkətin sistemlərində 55 boşluq aşkar etməsi olub.
“ICTnews” Elektron Xəbər Xidməti “ferra.ru” saytına istinadən yazır ki, hakerlər “Apple”ın platforma və xidmətlərinə müdaxilə üçün 3 ay vaxt sərf ediblər. Nəticədə onlar müxtəlif təhlükə səviyyəsinə uyğun 55 boşluq aşkar ediblər. Bu boşluqlardan bəziləri kritik əhəmiyyətli olub. Sözügedən boşluqlar cinayətkarlara həm müştərilərin, həm də “Apple”ın əməkdaşlarının hesablarına müdaxilə etməyə imkan verirdi.
Məlumata görə, “Apple” artıq bu boşluqları aradan qaldırıb.
Şirkət hakerlərə təşəkkür edib. “iCloud” istifadəçilərinin məlumatlarına müdaxilə ilə bağlı boşluğa görə 5000 dollar, daxili korporativ mühitə müdaxilə ilə bağlı 6500 dollar, müştərilərin məlumatları ilə əlaqədar məlumat itkisinə görə 34000 dollar ödəniş edilib.
Emil Hüseynov